• $
  • €
  • ₽
  • ₺
  • £

Çin Azərbaycanda elektrobus istehsalını quracaq

Çin Azərbaycanda elektrobus  istehsalını quracaq
11.12.2023 15:38
"Azərbaycan İnvestisiya Şirkəti” ASC, Çinin "BYD Company Limited” şirkəti və "Electrify Azerbaijan” şirkəti (SARDA Group-un bir hissəsi) anlaşma memorandumu imzalayıb.

"Memorandum Sumqayıt Kimya Sənaye Parkının (SKHPP) ərazisində elektrik avtobuslarının istehsalı üzrə zavodun tikintisini nəzərdə tutur”, -  Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov öz sosial şəbəkə hesabında yazıb. 

Zavod ildə 150-200 elektrobus istehsal edəcək ki, bu da "daxili tələbatı ödəyəcək, eləcə də ölkənin ixrac potensialını artıracaq”.
 
Hazırda Azərbaycan avtomobilləri ancaq idxal edir. 
 
Bu ilin 11 ayında Azərbaycana 4820 ədəd nəqliyyat vasitəsi gətirilib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3 dəfə azdır. Ekspertlər qeyd edirlər ki, avtomobil bazarındakı vəziyyət istehlakçı tələbi ilə bağlı vəziyyəti aydın şəkildə təsvir edir və ölkədəki iqtisadi böhranı xarakterizə edir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin əvvəlindən xaricdən 4194 minik avtomobili alınıb ki, bu da ötən illə müqayisədə 18,5 min ədəd azdır.

Bu il avtobus və mikroavtobusların (80 ədəd), yük avtomobillərinin (463) idxalı 4 dəfə, xüsusi təyinatlı avtomobillərin (83) idxalı isə 3 dəfə azalıb.

2016-cı ilin yanvarından idxal olunan avtomobillərə aksiz vergisi artırılıb. Vergilər Nazirliyi bahalı avtomobillərə tətbiq edilən aksiz vergilərinin artırılmasını nəzərdə tutan qanun layihəsini hazırlayıb parlamentə təqdim edib. Hökumət hesab edir ki, bu, varlılar üçün bir növ vergiyə çevriləcək. Bu addım avtomobil idxalından əldə edilən gəlirlərin azalmasını qismən kompensasiya etmək üçün nəzərdə tutulub.

 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol