• $
  • €
  • ₽
  • ₺
  • £

Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi artıb

Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi artıb
12.12.2023 13:37
2023-cü ilin on bir ayında Azərbaycanda əsas kapitala 15725,9 milyon manat məbləğində vəsait yönəlib, Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çoxdur. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilir ki, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 24,7 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,5 faiz artıb. İstifadə olunan vəsaitin 9422,3 milyon manatı və ya 59,9 faizi məhsul istehsalı sahələrinə, 5498,6 milyon manatı (35,0 faizi) xidmət sahələrinə, 805,0 milyon manatı (5,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 12207,7 milyon manatını və ya 77,6 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 11463,6 milyon manatı və ya 72,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1 faiz, büdcə vəsaitləri 40,5 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,6 faiz təşkil edib.
 
2023-cü ilin altı ayında Qarabağ və Şərqi Zəngəzura 1 milyard 788 milyon 932,9 min manat investisiya qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 66,2% çoxdur.
 
2022-ci ildə Azərbaycanda əsas kapitala kapital qoyuluşlarının artımı 5,5% təşkil edib.
 
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol