• $
  • €
  • ₽
  • ₺
  • £

Magistral kəmərlərin fəaliyyətindən əldə edilən gəlir 2,7 milyard manatı ötüb

Magistral kəmərlərin fəaliyyətindən əldə edilən gəlir 2,7 milyard manatı ötüb
12.12.2023 14:25
2023-cü ilin yanvar-sentyabrında Azərbaycanın magistral boru kəmərlərinin fəaliyyətindən əldə etdiyi gəlir 2 milyard 705 milyon 208 min manat (cari məzənnə ilə 1,59 milyard dollar) təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 2,9% çoxdur.  BU barədə Hesablama Palatası məlumat verib.

O cümlədən, Bakı-Tbilisi-Ceyhan (BTC) daxil olmaqla magistral neft kəmərlərinin fəaliyyətindən əldə olunan gəlir 813 milyon 480,7 min manat (478,5 milyon dollar ) təşkil edib. 2022-ci ilin yanvar-sentyabrı ilə müqayisədə  gəlirlər 11,8% azalıb.

Hökumətin məlumatına görə, 2023-cü ilin 9 ayı ərzində magistral neft kəmərləri şəbəkəsində itkilər ötən ilin analoji dövründəki 2,2 min ton (artım 27,3%) ilə müqayisədə 2,8 min ton təşkil edib.

2023-cü ilin yanvar-sentyabrında Azərbaycanın magistral qaz kəmərlərinin, o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) fəaliyyətindən əldə olunan gəlir 1 milyard 891 milyon 727,3 min manat (1 milyard 112,8 milyon dollar) təşkil edib. Ötən ilin yanvar-sentyabrı  ilə müqayisədə 10,9% artıb.

Magistral qaz kəmərləri şəbəkəsində 2023-cü ilin 9 ayının sonunda itkilər ötən ilin müvafiq dövründəki 35,5 milyon kubmetr (artım 42,8 faiz) ilə müqayisədə 50,7 milyon kubmetr təşkil edib.

2023-cü ilin yanvar-sentyabrında magistral neft kəmərləri ilə 29 milyon 787,7 min ton neft (artım 8,3%), qaz kəmərləri ilə isə 29 milyard 430,7 milyon kubmetr qaz (artım 3,3 faiz) ötürülüb. Eyni zamanda, magistral neft kəmərləri ilə vurulan neftin ümumi həcminin təqribən 76,1 faizi Bakı-Tbilisi-Ceyhan kəməri ilə, magistral qaz kəmərləri ilə vurulan qazın həcminin 55,8 faizi isə SKTM-nin payına düşüb.

2022-ci ildə Azərbaycanın magistral kəmərlərin fəaliyyətindən əldə etdiyi gəlir 3 milyard 567 milyon 157 min manat (artım 17%) olub. Bununla yanaşı, magistral neft kəmərlərinin fəaliyyətindən 1 milyard 238 milyon 913,7 min manat (artım 3,4 faiz), magistral qaz kəmərləri üzrə 2 milyard 328 milyon 243,1 min manat (artım 25,7 faiz) gəlir əldə edilib.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol