• $
  • €
  • ₽
  • ₺
  • £

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45% yerinə yetirilib

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 45% yerinə yetirilib
12.12.2023 16:34
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi işləri 45% yerinə yetirilib. Bunu "Azərbaycan Dəmir Yolları" Qapqalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov deyib.

O bildirib ki, layihə üzrə işləri sürətlə davam etdirilir.

"Layihənin 2025-ci ildə tam yekunlaşması nəzərdə tutulur”, - Rövşən Rüstəmov qeyd edib.
 
Azərbaycan Prezidentinin 2021-ci ilin fevralın 15-də Füzuliyə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub.
 
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.
 
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.

Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər
İqtisadiyyat 09:51
ABŞ rəsmisi: Transxəzər marşrutu Avrasiya ticarətini dəyişə bilər

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:24
Bu günün valyuta məzənnələri açıqlanıb


Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:14
Dünya bazarlarında neft ucuzlaşıb
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol