• $
  • €
  • ₽
  • ₺
  • £

“Maestro” tarifi biznes sahiblərinə 65%-dək endirim imkanı yaradır

“Maestro” tarifi biznes sahiblərinə 65%-dək endirim imkanı yaradır
13.12.2023 11:43
Birbank Biznes  biznes sahibləri  üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edib.
Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanacaq. Dekabr ayının 31-nə kimi Maestro tarifinə qoşulan hər bir sahibkar ölkədaxili və ölkəxarici köçürmələr, əməkhaqqı kartlarına mədaxil və nağdlaşdırma kimi bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.

Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:
-        Ölkədaxili milli valyutada köçürmələr
-        Ölkəxarici köçürmələr
-        Əməkhaqqı kartlarına mədaxil
-        Valyuta mübadiləsi
-        Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric
-        Əməkhaqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması

"Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.
Bundan əlavə, "Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən "Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://kbl.az/bbprmkd saytında hesabınıza daxil olmağınız və "Tariflər” bölməsində "Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol