• $
  • €
  • ₽
  • ₺
  • £

Meyvə-tərəvəz ixracından əldə olunan gəlir artıb

Meyvə-tərəvəz ixracından əldə olunan gəlir artıb
19.12.2023 11:03
2023-cü ilin on bir ayında Azərbaycan 641 milyon 188 min dollar dəyərində 641 min 740 ton meyvə-tərəvəz ixrac edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 47.8 milyon dollar, həcmi isə 12.2% və ya 6.6 min ton artıb. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
Ötən ilin yanvar- noyabrında  Azərbaycan 593 milyon 388 min dollar dəyərində 572 min ton meyvə-tərəvəz ixrac edib.

Hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 150.8 milyon dollar dəyərində tomat (127.4 min ton) , 97.4 milyon dollar dəyərində meşə fındığı (18.9 min ton), 89.4 milyon dollar dəyərində xurma (118.5 min ton), 44 milyon dollar dəyərində alma (69.2 min ton ), 35 milyon dollar dəyərində kartof (78.2 min ton), 25 milyon dollar dəyərində nar (18 min ton) olub.

2023-cü ilin yanvar-noyabrında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.03%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.14%-ə bərabər olub.
 
2021-ci ildə Azərbaycan 2020-ci illə müqayisədə 5,7% çox - 641,6 min ton meyvə-tərəvəz ixrac edib. Ötən il bu məhsulların ixracından əldə olunmuş gəlir əvvəlki illə müqayisədə 3,7% çox - 630,4 milyon ABŞ dolları təşkil edib.

Bu ilin yanvarında Azərbaycan 43 805 ton meyvə-tərəvəz ixrac edərək 52,8 milyon dollar gəlir əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 27,3% və 42,5% çoxdur.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol