• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gətirilən buğdanın qiyməti azalıb

Azərbaycana gətirilən buğdanın qiyməti azalıb
19.12.2023 11:49
2023-cü ilin on bir ayında Azərbaycana 283 milyon 377 min dollar dəyərində 1 milyon 94 min ton buğda idxal edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.3% və ya 72.9 min ton, məbləğ baxımından isə 28.8% və ya 114.6 milyon dollar azalıb. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.
 
Cari ilin 11 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.79%-nə bərabər olub.
 
2022-ci ilin yanvar-noyabrında Azərbaycana 389 milyon dəyərində 1 milyon 167 min ton buğda idxal edilib.

Hesabat dövründə ölkəyə gətirilən buğdanın 1 tonun orta qiyməti 22.3% və ya 74.2 dollar azalaraq 258.8 dollara (440 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 333 dollar (566.1 manat) təşkil edib.

2023-cü ilin noyabrında idxal edilən buğdanın orta idxal qiyməti ötən ilin noyabrı ilə müqayisədə 23.7% azalaraq 435.28 manata bərabər olub.
 
Ötən ilin  noyabrında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 570,75 manat təşkil edib.
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır. 
 
Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-cü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir. 
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol