• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb

Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb
19.12.2023 12:18
Ölkənin lider mobil operatoru korrupsiyaya qarşı mübarizə sahəsində  beynəlxalq standartlara uyğunluğunu bir daha təsdiq edib

"Azercell Telekom” MMC ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Belgelendirme şirkətinin 30-31 oktyabr 2023-cü il ərzində keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib və sertifikatın vaxtı üç ilədək uzadılıb. ISO 37001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində  qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir. 

Beynəlxalq standartlara uyğunluq sertifikatı Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyevaya təqdim olunub. Ş.Əliyeva Azercell-in bu sertifikatı əldə edən ilk mobil operator olduğunu vurğulayaraq şirkətin korrupsiya ilə mübarizə proqramının tətbiqi və təşviqində məqsədyönlü və qətiyyətli addımlar atdığını bildirib. 

Qeyd edək ki, uzun müddətdir ki, Azercell-də xüsusi antikorrupsiya proqramı tətbiq olunur. Proqramın əsas istiqaməti korrupsiyanın qarşısının alınmasına xidmət etmək, biznes etikası davranışının təbliği, bu istiqamətdə işçi heyəti və üçüncü şəxslərə (biznes tərəfdaşları, müştərilər, təchizatçılar və s.) davamlı təlimlərin təşkil edilməsi, korrupsiya halları ilə bağlı məlumatvermə kanallarının yaradılması, komplayens standartlarının effektiv tətbiqinin yoxlanılması, pozuntu hallarının araşdırılması və korrupsiya risklərinin azaldılması üzrə müvafiq tədbirlərin görülməsi və s. aiddir.  



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol