• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Dəmir Yolları” QSC-nin gəliri artıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin gəliri  artıb
19.12.2023 15:26
"Azərbaycan Dəmir Yolları” QSC-nin 2023-cü ilin yanvar-sentyabrında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 332 milyon 479,9 min manat (cari məzənnə ilə  195,6 milyon ABŞ dolları) təşkil edib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 16,1% çoxdur. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Gəlirlərin strukturunda yük daşımalarının xüsusi çəkisi 325 milyon 841,2 min manat (artım 15 faiz), o cümlədən beynəlxalq istiqamətlər üzrə 280 milyon 620,9 min manat (artım 15,7 faiz), daxili istiqamətlər üzrə 45 milyon 220,3 min manat (artım 11,2%) təşkil edib.

Beynəlxalq marşrutlar üzrə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların xüsusi çəkisi 136 milyon 142,3 min manat (artım 15,9%) təşkil edib.

Azərbaycanın dəmir yollarında sərnişindaşımalardan əldə olunan gəlir 6 milyon 638,7 min manat (artım 2,1 dəfə) təşkil edib, bu həcmin hamısı daxili istiqamətlərdə daşınmadan əldə edilib.

2023-cü ilin yanvar-sentyabrında Azərbaycanın dəmir yolu nəqliyyatı ilə yük daşınması 13 milyon 702,8 min ton (artım 0,9 faiz), sərnişin daşınması 4 milyon 915,6 min nəfər (artım 45,5 faiz) təşkil edib.

Hesabat dövründə tranzit yükdaşımaların həcmi 5 milyon 306,5 min ton (azalma 7%) olub.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol