• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin dəstəyi ilə “Sərhədsiz istedadlar” sərgi-yarmarkası keçirildi

ABB-nin dəstəyi ilə “Sərhədsiz istedadlar” sərgi-yarmarkası keçirildi
20.12.2023 16:40
DOST Agentliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı, UNICEF Azərbaycan, Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə BDU-da fiziki məhdudiyyətli yaradıcı gənclərin əl işlərinin sərgi-yarmarkası təşkil olunub. Tədbir "Sərhədsiz istedadlar” devizi altında keçirilib.

Bərabər imkanların təmin olunmasına və inklüzivliyə xidmət edən bu faydalı tədbirə dayanıqlı inkişaf məqsədlərinə sadiq qalaraq ABB də tərəfdaşlıq köməyi göstərib.
Sərgi-yarmarka çərçivəsində təşkilatçı və tərəfdaş qurumların rəhbər şəxslərinin iştirakı ilə qısa toplantı olub. Toplantıda layihənin məqsədləri barədə məlumat verilib. Bildirilib ki, belə bir sərgi-yarmarkanın təşkilində əsas niyyət fiziki məhdudiyyətli yaradıcı gənclərin istedadını üzə çıxarmaq, onlarda müxtəlif özünüinkişaf proqramlarına marağı artırmaqdır.
Sərgi-yarmarka zamanı müxtəlif təhsil müəssisələrində, o cümlədən peşə məktəblərində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq reablitasiya mərkəzlərinin proqramlarında təhsil alaraq yaradıcı qabiliyyətlərini inkişaf etdirən ayrı-ayrı gənclər öz əsərlərini sərgiləyiblər. Tədbirdə "DanceAbility Azərbaycan” inklüziv rəqs qrupu da ifalarla çıxış edib. Ayrı-ayrı gənclərin uğur hekayələri dinlənilib. Tədbirdə fiziki məhdudiyyətli gənclərin əl işləri üzrə müsabiqənin təşkili, innovativ ideyalar əsasında startap müsabiqələrinin keçirilməsi, həmçinin bu gənclərin sosial fəallığını dəstəkləyən digər təşəbbüslər irəli sürülüb.
 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
 
 универсальных продуктах и ​​услугах банка ABB можно получить в филиалах и отделениях банка, на официальном сайте https://abb-bank.az/, позвонив в информационный центр по короткому номеру 937, а также на официальной социальной странице банка.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol