• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıt Kimya Sənaye Parkından 3 milyarddan çox məhsul ixrac edilib

Sumqayıt Kimya Sənaye Parkından 3 milyarddan çox məhsul ixrac edilib
21.12.2023 13:07
Bu günə qədər Sumqayıt Kimya Sənaye Parkından 3,3 milyard manatlıq məhsul ixrac edilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında yazıb.

"Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilmiş, ölkəmizin ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından 12 il keçir. Bu müddətdə Parkın fəaliyyətindən əldə edilən nəticələr iqtisadiyyatımızın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına, məşğulluğun artırılmasına, innovativ istehsalın təşkilinə və idxaldan asılılığın azaldılmasına əhəmiyyətli töhfələr verib. Bu günə qədər Parka 5,8 milyard manata yaxın investisiya qoyulub, buradan 9,5 milyard manat dəyərində satış həyata keçirilib, 6 600-dən çox daimi iş yeri yaradılıb", - o qeyd edib.
 
2022-ci ildə sənaye zonaları üzrə 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 60-ı fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10100-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 450 milyon manatdan çox investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Ötən il sənaye zonalarında indiyədək ümumilikdə 7,17 milyard manatdan çox məhsul istehsal edilib ki, bunun da 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 %-i) ixrac olunub.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 3,27 milyard ABŞ dollarından artıq olan 31 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
 
2021-ci ilin birinci yarısında Sənaye Parkında 794 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin analoji dövründə bu göstərici 52,14% çox – 1,2 milyard manat olmuşdur. İstehsal olunan məhsulların ixrac rəqəminə nəzər salsaq, 2021-ci ilin I yarısı (267,5 milyon manat) ilə müqayisədə bu rəqəm 1,9 dəfə artaraq 2022-ci ilin I yarısında 508 milyon manat təşkil edib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol