• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu
21.12.2023 16:50
Lider mobil operator mədəni irsimizin rəqəmsal platformalarda təbliğini davam etdirir

"Azercell Telekom” Bakı Kitab Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti "Audiokitab” toplusunun təqdimatını keçirib. Mənəvi zənginliyin və elmlərə yiyələnməyin əsas yolun mütaliədən keçdiyini hesab edən Heydər Əliyev gənclərə və ətrafındakı insanlara daim kitab oxumağı önərib. Azercell "Audiokitab” layihəsinin xüsusi məzmun seriyasında Ümummilli Lider Heydər Əliyevin sevdiyi əsərləri rəqəmsal kitabxanada audio və elektron kitab, eləcə də audiopyes formatlarında bir araya gətirib. Ölkənin lider mobil operatoru Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini türk, ingilis, fransız və rus dillərində səsləndirilməsini təmin edib. Məzmun, həmçinin Azercell-in rəsmi Youtube kanalı vasitəsilə də izləyicilərin diqqətinə çatdırılıb.  Yeni seriya üçün Cəlil Məmmədquluzadənin "Ölülər” pyesi və Hüseyn Cavidin əsərləri əsasında rəqəmsal komiks kitabı və qısametrajlı animasiya filmi hazırlanıb. Milli mətbuatın ən dəyərli nümunələrindən olan "Molla Nəsrəddin” jurnalı rəqəmsallaşdırılıb, Azərbaycan əlifbasına keçirilmiş 100 nəşri elektron və audiokitab formatlarında təqdim olunub. Tədbirdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin məsləhətçisi Kamran Musayev, AMEA-nın əməkdaşı, yazıçı-tənqidçi Tehran Əlişanoğlu, "Colorit” Yaradıcılıq Emalatxanasının rəhbəri Teymur Nəcəfzadə və media nümayəndələri iştirak ediblər. "Azercell Telekom”-un Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova şirkətin Korporativ Sosial Məsuliyyət prinsipləri və layihələri barədə danışıb: "Ölkə bazarının lideri kimi "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədimizi  əsas tutaraq trendləri müəyyənləşdirir, insanların həyat keyfiyyətinin artırılması üçün innovativ həllər gətirir, xalqımızın mədəni irsini dünya səviyyəsində tanıtmağa çalışırıq”. Rəşad Məcid, - "Ədəbiyyatı təbliğ etmək həm də vətənə, xalqa xidmətdir, Heydər Əliyevin sevdiyi kitabların təbliğatı isə xüsusən əhəmiyyətlidir”, deyə layihəni təqdir edib. Təqdimat mərasimi Heydər Əliyevin sevdiyi musiqi nömrələri ilə  müşayiət olunub. Xatırladaq ki, "Azercell Telekom” MMC müasir cəmiyyətdə mütaliə mədəniyyətinin, doğma dilimizdə ədəbi məzmunun geniş müstəvidə təbliğatına dəstək məqsədilə öz rəqəmsal kitabxana layihəsi çərçivəsində indiyədək İmadəddin Nəsiminin qəzəllərini, Nizami Gəncəvinin 100-dən çox əsərini, "Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif elmi işlərini, Qarabağ ədiblərinin nəzm və nəsr nümunələrini audio və elektron kitab formatlarda oxucuların istifadəsinə verib. "Azercell Telekom”un  2017-ci ildən etibarən həyata keçirdiyi rəqəmsal kitabxana və "Audiokitab” layihəsi mədəni irsimizin qorunub-saxlanmasına, azərbaycanca rəqəmsal məzmunun zənginləşdirilməsinə xidmət edir, həm doğma, həm də dünyanın müxtəlif dillərində yayımlanmasında və tanınmasında müstəsna rol oynayır.  Layihə çərçivəsində hazırlanan kitablarla Litres, Bookmate, eləcə də Azercell-in Youtube kanalı vasitəsilə tanış ola bilərsiniz. Azercell-in e-kitabxana tətbiqləri haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/digital-solutions.html ünvanına müraciət edin.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol