• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!

Azercell-dən yenilik: eSIM “Asan İmza” – rahat və təhlükəsiz!
21.12.2023 18:44
Azercell "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutaraq vətəndaşlar, sahibkarlar və dövlət qurumlarının əməkdaşları üçün eSIM "Asan İmza” xidmətini təqdim edir 

Ölkədə ilk dəfə 2013-cü ildə gücləndirilmiş elektron imzanı təqdim edən Azercell, xidmətin texniki operatoru B.EST Solutions şirkəti ilə birlikdə müştərilərə daha innovativ, rahat və təhlükəsiz eSIM "Asan İmza” həllini istifadəyə verir. 

Azərbaycan telekommunikasiyasında ilk dəfə tətbiq olunan eSIM "Asan İmza” yeni nəsil SIM texnologiyasını və əl imzasına bərabər tutulan "Asan İmza” mobil elektron imzanı özündə birləşdirir. eSIM "Asan İmza” istifadə etmək üçün daha fiziki SIM karta ehtiyac yoxdur. 

eSIM "Asan İmza” xidmətini 3 yolla əldə etmək mümkündür: 

https://azercellim.com/ onlayn satış platformasından;

istənilən Azercell satış ofisindən;

"Asan İmza” fiziki SIM nömrəsini eSIM "Asan İmza” nömrəsinə daşımaqla. Bunun üçün  https://azercellim.com/ saytında istifadəçinin şəxsi imzasına alternativ olaraq SMS vasitəsilə göndərilən birdəfəlik koddan (OTP) istifadə edilir. Daşınma əməliyyatı üçün hesabda nəzərdə tutulmuş məbləğin (3.54 AZN) olması yetərlidir.


Yeni nəsil eSIM "Asan İmza” xidmətinin əsas üstünlüklərindən biri də onun daha təhlükəsiz olmasındadır.  Belə ki, virtual kart oğurlana və ya itirilə bilməz.


"Asan İmza” mobil elektron imza həm dövlət, həm də özəl sektorda 2000-dən çox elektron xidmətdə istifadə olunur.


eSIM "Asan İmza” xidməti haqqında ətraflı məlumat üçün: 

https://www.azercell.com/az/personal/plans-and-services/esim.html



Vətəndaşlar 1847 – "Asan İmza” Çağrı Mərkəzinə zəng etməklə və ya [email protected] elektron poçt ünvanına məktub yazmaqla xidmətlə bağlı suallarına cavab ala bilərlər.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol