• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldular!

Bank Respublika əməkdaşları kimsəsiz uşaqlar üçün Gizli Santa oldular!
25.12.2023 11:07
Keçirdiyi sosial yönümlü layihələrlə hər zaman seçilən Bank Respublika və "Sabah” FK, Yeni il ərəfəsində daha bir birgə xeyirxah layihəyə imza atıb.

Yeni ilin möcüzəsini və sevincini uşaqlara bəxş etmək istəyən Bankın əməkdaşları Qadın və Uşaq Sığınacağında məskunlaşmış valideyn himayəsindən məhrum olmuş uşaqların Santa Klausa ünvanladığı arzuları həyata keçirərək onlara müxtəlif hədiyyələr alaraq onların Gizli Santasına çevriliblər.

Layihə çərçivəsində uşaqların Bank Respublika İT LAB-na səfəri təşkil olunub və burada uşaqlara maraqlı ekskursiya təşkil edilib. Daha sonra uşaqları şam ağacının ətrafında toplayan Santa Klaus uşaqların arzu etdikləri hədiyyələri onlara təqdim edib. 

Uşaqların "Sabah” FK futbolçuları ilə görüşü də onlarda böyük sevinc hissi yaradıb. Santadan qapıçı əlcəyi istəyən uşaqlardan birinin arzusunu "Sabah” FK və Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov yetirərək ona öz əlcəyini hədiyyə edib. Futbolçular uşaqları bayram münasibətilə təbrik edib, klub tərəfindən hazırlanmış bayram hədiyyələrini təqdim edib, uşaqlarla stolüstü futbol oynayıb.

Əyləncəli bayram tədbiri uşaqlar tərəfindən böyük sevinc qarşılanıb. Bayram şənliyində uşaqlar Santa ilə birlikdə mahnı oxuyub, şeir söyləyib doyunca əyləniblər.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.













www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol