• $
  • €
  • ₽
  • ₺
  • £

MSK imza vərəqələrinin yoxlanılmasına başlayıb

MSK imza vərəqələrinin yoxlanılmasına başlayıb
27.12.2023 14:40
Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar imza vərəqələrinin yoxlanılmasına başlayıb.

Bu barədə  Mərkəzi Seçki Komissiyasından bildirilib.
 
Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri qəbul edildikdən sonra 7 gün müddətində MSK imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamalı və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir.

Indiyədək yalnız Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol