• $
  • €
  • ₽
  • ₺
  • £

AÇG sazişi üzrə Azərbaycana növbəti bonus ödənilib

AÇG sazişi üzrə Azərbaycana növbəti bonus ödənilib
10.01.2024 22:13
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə sazişlə bağlı xarici sərmayədarlar Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) bonus məbləğinin 7-ci hissəsini ödəyib.

Dövlət Neft Fondundan verilən məlumata görə, saziş üzrə Fonda 450 milyon ABŞ dolları bonus ödənilib.

Bildirilib ki, layihə üzrə səkkiz bərabər illik hissələrdə ödənilməli olan ümumi bonus məbləği 3 milyard 600 milyon ABŞ dolları təşkil edir. Növbəti son bonus ödənişi 2025-ci ilin yanvar ayında gözlənilir.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur. Bu sazışin 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində sərmayəçilər tərəfindən, ümumilikdə, 3,6 milyard ABŞ dolları məbləğində bonus ödənişlərinin ödənilməsi nəzərdə tutulur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), "MOL Group” (9,57 %) INPEX (9,31 %), "Equinor” (7,27 %), "ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol