• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda turizm sahəsində çalışanların sayı 6,5 dəfə artıb

Azərbaycanda turizm sahəsində çalışanların sayı 6,5 dəfə artıb
11.01.2024 17:02
Son 20 ildə Azərbaycanda turitstlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində muzdla çalışanların sayı 6,5 dəfə, bu sahə üzrə cəmi məşğulluq isə 4,1 dəfə artıb. Bunu  Azərbaycan Turizm Agentlikləri Assosiyasiyasının idarə heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib.   
 
"Son 20 ildə qeyri-neft iqtisadiyyatı 4 dəfə artaraq 0,7 faizdən 3,4 faizə kimi yüksəlib. Azərbaycanda turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində muzdla çalışanların sayı 6,5 dəfə, bu sahə üzrə cəmi məşğulluq isə 4,1 dəfə artıb”,  - Azərbaycan Turizm Agentlikləri Assosiyasiyasının idarə heyətinin sədri Göydəniz Qəhrəmanov Turizm Sənaye Subyektlərinin Forumunda çıxışı zamanı bildirib.
 
O həmçinin bildirib ki, Azərbaycana səfər edən  turistlərin sayında da artım var.
 
"Azərbaycana bir ildə gələn turistlərin sayı  2 milyonu keçib. Hədəflərimiz il ərzində 20 faiz artıma nail olmağı  nəzərdə tutur”,  - Qəhrəmanov deyib.
 
Onun sözlərinə görə, hazırda Qarabağ zonasında təmizləmə işləri aparılır, infrastruktur qurulur, işğaldan azad edilən ərazilər turistləri qəbul etmək üçün hazırlanır.
 
"Qarabağ yay və qış turizm imkanları zəngin olan bölgədir.  Biz bu istiqamətdə turizm marşrutlarının qurulması ilə bağlı işləri sürətlə aparacağıq. İlk növbədə Suqovuşana turlar təşkil ediləcək”, - Qəhrəmanov bildirib.
 
Onun sözlərinə görə, Qarabağda iki hava limanı var, üçüncünün açılması nəzərdə tutulub və bu  regionu həm yerli, həm də xarici turistlər üçün maraqlı edir. 
 
Nəzrin Abbaszadə

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol