• $
  • €
  • ₽
  • ₺
  • £

Astara terminalından yük aşırımı 3 dəfə artıb - ADY

Astara terminalından yük aşırımı 3 dəfə artıb - ADY
11.01.2024 18:50
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli struktur vahidlərindən biri olan Astara terminalında 2023-cü il ərzində 700 min tona yaxın yük aşırılıb, bu da 2018-ci il - fəaliyyətə başladığı dövr ilə müqayisədə üç dəfə çoxdur.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Hazırda terminalda biraşırımlı avtomobil yolu körpüsünün, üçaşırımlı Kəmərbəndi körpüsünün, 4 biraşırımlı dəmir yolu körpüsünün, 10 xidmət binasının və 2 platformanın tikintisi işləri davam etdirilir.

2024-cü ildə terminalın tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 3,5-4 milyon tona çatdırılması nəzərdə tutulur.
Aşırılan yüklər taxta və taxta məmulatları, tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel), kimyəvi məhsullar, dənli bitkilər (arpa, taxıl, buğda və mərci), meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, qida məhsulları və alkoqolsuz içkilərdir.
 
"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə qlobal ticarətin təşviqi istiqamətində Astara terminalının inşasına başlanılıb. Terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi Azərbaycana 25 il müddətinə icarəyə verilib. Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan "Astara Terminal” MMC tərəfindən aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol