• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda 12 min 689 Asan İmza sertifikatı verilib

Naxçıvanda 12 min 689 Asan İmza sertifikatı verilib
16.01.2024 12:40
2023-cü ildə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergiödəyicilərinə xidmət strukturlarında 7098 müraciət üzrə 12 min 689 Asan İmza sertifikatı verilib. Bu barədə Dövlət Vergi Xidmətinin saytında məlumat verilib.
 
Məlumata görə, vergi ödəyicilərinə 134 min 183 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergiödəyiciləri ilə 63 görüş keçirilib, 390 sayda ünvanlı xidmət göstərilib.
 
Hesabat dövründə xidmət strukturlarında ümumilikdə 38 min 866 şəxs qəbul edilib.
 
Xidmət strukturları tərəfindən vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 52 min 10 sayda xidmət göstərilib ki, bu da 2022-ci illə müqayisədə 1,8 dəfə çoxdur.

Ötən il mayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergiödəyicilərinə xidmət mərkəzi tərəfindən ötən il ümumilikdə 13 min 660 şəxs qəbul edilib.

Qəbul edilən şəxslərə 19 min 590 sayda xidmət göstərilib, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 2.8 dəfə çoxdur.
 
2023-cü ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 164,7 milyon manatdan çox vergi daxil olub, bu da 2022-ci ilə nisbətən 32,1 milyon manat və ya 24,2 % çoxdur.
 
Aygün Mirakif



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol