• $
  • €
  • ₽
  • ₺
  • £

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri qurulacaq

Ağdam, Laçın və Cəbrayılda “ASAN xidmət” mərkəzləri qurulacaq
16.01.2024 18:49

Ağdam, Laçın və Cəbrayıl rayonlarında "ASAN xidmət” mərkəzləri qurulacaq.

Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə yanvarın 16-da Lənkəran regional "ASAN xidmət” mərkəzinin açılışı zamanı bildirib.

Dövlət başçısına Lənkəran "ASAN xidmət” mərkəzində tətbiq olunacaq innovativ yeniliklər - İntellektual məhsul ixracı, Etimad Fondu, Dövlət Xidmətlərinin Akselerasiya Mərkəzi, Universal operator, Süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə "ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında "ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda, hazırda Şuşa şəhərində də "ASAN xidmət”in binasının inşası davam etdirilir.

Hazırda ölkədə 26 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran "ASAN xidmət” mərkəzi sayca 27-cidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol