• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlara verilən güzəştli kreditlərin məbləği açıqlanıb

Sahibkarlara  verilən güzəştli kreditlərin məbləği açıqlanıb
17.01.2024 11:01
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən verilən güzəştli kreditlər hesabına 3000-dən çox yeni iş yeri açılıb.  Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Osman Xaliyev deyib.

"SİF tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib.
Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5,5-%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib" , - Xəliyev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib. 

Sədrin sözlərinə görə, güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür. 
 
Sədr bildirib ki, hesabat dövründə 290 qadın və 108 gənc sahibkarlara ümumilikdə 23.5 milyon manat kredit verilib.

"2023-cü ildə Naxçıvan iqtisadi zonasında 27 layihəyə ümumilikdə 2.2 milyon manat kredit ayrılıb", -  o əlavə edib.
 
 Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol