• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda çalışan sahibkarları dəstəkləyəcək yeni mexanizmi yaradılıb

Qarabağda çalışan sahibkarları dəstəkləyəcək yeni  mexanizmi yaradılıb
17.01.2024 12:18
2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən sahibkarlar üçün yeni dəstək mexanizmi yaradılıb. Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Osman Xaliyev deyib.

"Bu mexanizm çərçivəsində 500 milyon manatlıq kredit portfelinin 90 %-i təşkil edən  450 milyon manatlıq hissəsinə zəmanət verilməsi nəzərdə tutulur və zəmanət verilmiş kreditlərə 150 milyon manata qədər subsidiya veriləcəyi proqnozlaşdırılır. Güzəştli kreditlərin maksimal məbləği 5 milyon manat, maksumal müddəti isə 7 ildir", - Xəliyev  əlavə edib.

Sədrin sözlərinə görə, mexanizmin tətbiqinə gələn aydan başlanacaq.

2023-cü ildə sahibkarlara dəstək mexanizmi 3 istiqamətdə fəaliyyət göstərib.

"Bu istiqamətlərə güzəştli kreditlərin ayrılması, dövlət zəmanətli kreditlər üzrə subsidiyaların verilməsinin davam etdirilməsi,  mövcud kredit portfelinin subsidiyalaşdırılması daxildir" , - o əlavə edib.

Sədr qeyd edib ki, qarşıdakı planlar siyahısına sənaye istehsalının emalı, logistika xidmətləri, yaşıl layihələrin dəstəklənməsi və s.  işlər daxil edilib.

Eyni zamanda o bildirib ki, sənayenin inkişafı prioritet olaraq qalacaq.

Onun sözlərinə görə, 2021-2023 cü illərdə sahibkarlara dəstək istiqamətində artım özünü göstərir.

"Daha çox sahibkara güzəştli kredit verilməsi planlaşdırılır. Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması davam edəcək", - o əlavə edib.
 
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol