• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda aqrar sektor böyüyüb

Azərbaycanda aqrar sektor böyüyüb
17.01.2024 14:21
2023-cü ildə Azərbaycanda 12 milyard 210 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 3 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsində məlumat yayılıb.

Son bir ildə bitkiçilik məhsullarının dəyəri 2,7 % artaraq 5 milyard 933 milyon manat təşkil edib, heyvandarlıq məhsullarının dəyəri 3,2 % artaraq 6 milyard 276 milyon manat olub.

2023-cü ildə qarğıdalı da daxil olmaqla 948,3 min hektar sahədən, hər hektardan orta hesabla 33 sentner olmaqla, ilkin çəkidə 3 milyon 248,6 min ton dənli və dənli paxlalı bitkilər toplanılıb. 2022-ci illə müqayisədə 2,8 % çox məhsul götürülüb.

2023-cü ildə quş əti də daxil olmaqla diri çəkidə 647,7 min ton ət, 2 milyon 284 min ton süd, 2 milyon 188,2 milyon ədəd yumurta, 15,1 min ton yun, 357 ton barama istehsal olunub. 2022-ci illə müqayisədə ət istehsalı 3,1 %, süd istehsalı 0,9 %, yumurta istehsalı 8,4 %, barama istehsalı 4,6 % artıb, yun istehsalı isə 3,9 % azalıb.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol