• $
  • €
  • ₽
  • ₺
  • £

56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib- NAZİR

56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib- NAZİR
22.01.2024 10:38
Üç il ərzində İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyin (İZİA) idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 750 milyon manat olan 56 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X” sosial şəbəkə hesabında bildirib.

"Bu dövrdə sənaye zonalarında 8,45 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 35,7 %-i (yəni 3,02 milyard manat) ixracın payına düşür”, -  Cabbarov əlavə edib.
 
Hazırda Azərbaycanda 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qa­radağ, Ağdam, Balaxanı və "Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 5 sənaye məhəlləsi (Hacıqabul, Neftçala, Masallı, Sa­birabad və Şərur sənaye məhəl­lələri) fəaliyyət göstərir. Mövcud sənaye zonalarında investisiya həcmi 7 milyard manatdan çox olan 138 sahibkarlıq subyekti re­zidentlik statusu daşıyır. 

İZİA-nın məlumatına görə, indiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri ya­radılıb. Növbəti mərhələdə səna­ye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisi­yanın yatırılması, 6 min 700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulub. 
 
Sənaye zonalarında indiyə­dək, ümumilikdə, 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,6 milyard manat­lıq hissəsi dünyanın 60-dan çox ölkəsinə ixrac olunub. 

Bu gün İZİA-nın yaradılmasından 3 il ötür.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol