• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan BOKT-larının mənfəəti artıb

Azərbaycan BOKT-larının mənfəəti artıb
23.01.2024 12:01
2023-cü ildə Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) 75,8 milyon manat xalis mənfəətlə başa vurub, bu da 2022-ci ilə nisbətən 2,9 dəfə çoxdur. Bu barədə  Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

2023-cü ildə BOKT-ların əməliyyat gəlirləri 213,7 milyon manat (əvvəlki illə müqayisədə 79,6 % çox), əməliyyat xərcləri 114,5 milyon manat (40,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 6,5 milyon manat (10,2 % çox), gözlənilməz gəlirləri 0,4 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 17,4 milyon manat (2,9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 758,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 47,1 % çoxdur. Bunun 558,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 39,5 % böyüyüb.
 
2023-cü ilin yanvarın 1-nə "Finans Invest”in aktivləri 1 milyon 510 min manat olub ki, bu da illik müqayisədə 13.5% azdır. Bunun 1 milyon 252 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.

"Finans İnvest” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.

BOKT "Finans İnvest” 2022-ci ili 111 min manat zərərlə başa vurmuşdu.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol