• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü

“Nar” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikata layiq görüldü
24.01.2024 16:58
"Nar" müştəriyönümlülük strategiyasının beynəlxalq səviyyədə tanınması ilə daha bir uğura imza atdı. Mobil operator ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlara layiq görülüb. Qiymətləndirilmə aparıcı beynəlxalq yoxlama və sertifikatlaşdırma şirkəti olan "Bureau Veritas Group” tərəfindən aparılıb. "Nar” müştərilərinə etibarlı şəkildə yüksək keyfiyyətli xidmətlər təqdim etmək öhdəliyini davamlı şəkildə nümayiş etdirərək Beynəlxalq Standartlaşdırma Təşkilatının meyarlarına cavab verib.

"Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib ki, ISO sertifikatları mobil operatorun müştəri məmnuniyyətinin təmin olunması məqsədini bir daha təsdiq edir: "Müştəriyönümlülük və sərfəli qiymət "Nar”ın əsas dəyərləridir. Bu sertifikatlar bizim hazırda sistematik və müştəriyönümlü proseslərin uğurla tətbiq olunmasını əks etdirir. Biz keyfiyyətin idarə edilməsində ən yüksək standartları saxlamaq üçün bu proaktiv yanaşma ilə davam edəcəyik” – Qunnar Panke vurğulayıb.

ISO və ya Beynəlxalq Standartlaşdırma Təşkilatı məhsulların, xidmətlərin və sistemlərin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün beynəlxalq səviyyədə tanınmış standartları müəyyən edən qlobal qurumdur. ISO standartlarına uyğunluq mükəmməlliyə sadiqliyi göstərir, dünya miqyasında müxtəlif sənaye sahələrində etimadı və etibarlılığı gücləndirir.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.








www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol