• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü ildə ASCO-nun gəmiləri ilə daşınan sərnişinlərin sayı açıqlanıb

2023-cü ildə ASCO-nun gəmiləri ilə daşınan sərnişinlərin sayı açıqlanıb
25.01.2024 13:07
2023-cü ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmi-bərələri ilə daşınan sərnişinlərin sayı ötən illə müqayisədə 737 nəfər (12,6 %) çoxalıb. Bu barədə reporta ASCO-dan bildirilib.
 
Ötən il 24 min 399 nəfər sərnişin daşınıb.

2023-cü ildə sərnişinlərin çoxu "Ro-Pax" tipli "Azərbaycan” gəmi-bərəsi ilə daşınıb. Bu gəmi ilə 6 023 nəfər mənzil başına çatdırılıb.

Keçən il ASCO-nun müştərilərə təqdim etdiyi elektron bilet xidmətindən yararlanaraq bilet alan sərnişinlərin sayı isə 99 nəfər təşkil edib. 

Həmçinin 2023-cü ildə ASCO-nun gəmi-bərələri ilə ümumilikdə 2 170 reys həyata keçirilib.
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC 2023-cü ildə tankerlərlə 4,9 milyon ton neft və neft məhsulları daşıyıb. 
 
2023-cü ildə Gəmiçilik tarixində ilk dəfə qiymətli kağızlar buraxaraq, "ASCO istiqrazları”nı investorlar və əhali üçün açıq bazarda təqdim edib. Qısa zamanda bu istiqrazlar üzrə bazarda tələb təklifi üstələyib.  İstiqrazlardan əldə olunan gəlir milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınması layihəsi üzrə ASCO-nun payının maliyyələşdirilməsinə yönəldilib. 
 
Tankerlərin alınması milli gəmiçiliyimizə Xəzərdənkənar bazarların yeni seqmentinə daxil olması üçün şərait yaratdı. Məhdudiyyətsiz üzmə imkanlarına malik olan həmin gəmilər Azərbaycanın qürur mənbəyi olan tarixi torpaqlarının şərəfinə "Qarabağ”, "Şuşa” və "Zəngəzur” adlandırılıb. 

Ötən il ASCO universal quru yük gəmiləri 749 min ton yük daşıyıb.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol