• $
  • €
  • ₽
  • ₺
  • £

ASCO və V.Ships əməkdaşlıq barədə razılığa gəliblər

ASCO və V.Ships əməkdaşlıq barədə razılığa gəliblər
26.01.2024 14:53
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri Rauf Vəliyev "V.Ships” şirkətinin əməliyyatlar üzrə baş direktoru Allan Falkenberq ilə görüşüb.Bu barədə  ASCO məlumat verib. 

Layihələrdən biri gəmi heyətlərinin bacarıqlarının inkişaf etdirilməsini nəzərdə tutur. Bu proqram çərçivəsində ASCO-nun yeni gəmilərində işləmək üçün yerli mütəxəssislərin hazırlanması planlaşdırılır. Proqrama uyğun olaraq, ASCO-nun gəmilərində çalışan tam ştatlı heyət üzvləri, eləcə də ASCO-nun təhsil müəssisələrində təhsil alan uğurlu tələbələr 3-6 ay müddətində V.Ships şirkətinin idarə etdiyi gəmilərdə təcrübə keçəcəklər. Proqramı uğurla başa vuranlar imtahanlardan keçdikdən sonra ASCO-nun yeni tipli gəmilərində işlə təmin olunacaqlar.

Bundan əlavə, beynəlxalq tələblərə uyğun hazırlanmış imtahan əsasında "V.Ships” komanda heyəti üzvlərinin nəzəri, praktiki bilik və bacarıqlarını qiymətləndirəcək. İmtahandan keçməyənlər xüsusi təkmilləşdirmə proqramına cəlb olunacaqlar.

Tərəflər kadr məsələsini də müzakirə ediblər. V.Ships Qara və Aralıq dənizi hövzələrində yerli kadr çatışmazlığı olan ASCO tankerlərinə və yükdaşıyıcılarına müvafiq dəstək verəcək.

Bundan əlavə, ASCO-da tətbiq olunan əməkhaqqı sistemi beynəlxalq bazarlarda tətbiq edilənlərlə müqayisə ediləcək və qiymətləndiriləcək. Nəticələr əsasında müvafiq təkliflər hazırlanacaq.

Digər əməkdaşlıq sahəsi ekipaj idarəetmə sisteminin qiymətləndirilməsidir. Bu, ASCO-ya gələcəkdə kadrların idarə edilməsi istiqamətində daha mütərəqqi metodların tətbiqinə imkan verəcək.

Bundan əlavə, ASCO-nun gəmilərindən biri V.Ships şirkətinin ShipSure rəqəmsal platformasından istifadə edəcək. Bu, 6-9 aylıq pilot layihədir, onun əsas məqsədi planlı texniki xidmət, gəmi maliyyəsi, ekipajın idarə edilməsi, satınalma sistemləri və prosesləri, SƏTƏM (ətraf mühitin sağlamlığı və təhlükəsizliyi), gəmi əməliyyatları, sənəd idarəetməsi kimi prosesləri təkmilləşdirməkdir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol