• $
  • €
  • ₽
  • ₺
  • £

“Birbank” komandası Azərbaycan çempionu oldu

“Birbank” komandası Azərbaycan çempionu oldu
29.01.2024 15:53
Kapital Bank-ın maliyyə tərəfdaşı olduğu "Breyn Rinq” televiziya layihəsinin 22-ci mövsümü yekunlaşıb. Gənclərin bilik yarışı ilə sınağa çəkildiyi layihənin qalibi və ölkə çempionu adına "Birbank” komandası layiq görülüb. 

Hər həftənin bazar günü İctimai Televiziyada yayımlanan layihədə 10 şəhər və 7 universiteti, eləcə də sponsorları təmsil edən 20 komanda çempionluq uğrunda yarışıb. 2023-cü ilin mart ayında start götürən yeni mövsümdə 2 mərhələ oynanılıb. Şərtlərə görə 1-ci mövsümdə "Bilik” kubokunun, 2-ci mövsümdə isə "Nar” kubokunun sahibi bəlli olub. Ötən gün isə "Bilik” və "Nar” kubokunun qalibi olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparıb.

Xatırladaq ki, layihədə Kapital Bank-ı Azərbaycanın məşhur idman şərhçilərindən ibarət "Birbank” komandası təmsil edirdi. Komandada Gündüz Abbaszadə, Rüstəm Fətəliyev, Süleyman Vəliyev, Şəmsəddin Abbasov, Əhməd Əliyev kimi idman jurnalistləri ilə yanaşı Bakı Ali Neft Məktəbinin tələbəsi Həsən Abbaslı yer alırdı.

Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Ölkənin birinci bankı eyni zamanda  "Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün—https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün—https://kbl.az/prcrc.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol