• $
  • €
  • ₽
  • ₺
  • £

"Daşkəsən dəmir filizi" layihəsinin investisiya dəyəri açıqlanıb

30.01.2024 15:34
"Daşkəsən dəmir filizi" layihəsinin investisiya dəyəri 1,7 milyard manat qiymətləndirilib. Bu barədə "Daşkəsən Dəmir Filizi" MMC-nin baş direktoru Ceyhun Əliyev bildirib.
 
O bildirib ki, "Boston Consulting Group" şirkətinin hesablamalarına görə, 2047-ci ilədək ÜDM-ə 7.5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır.
 
"Ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alınaraq, minlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfənin verilməsi gözlənilir. Layihənin yüksək investisiya dəyəri nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək" - Ceyhun Əliyev yanvarın 30-da ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. 
 
"Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. 1994-cü ildən 2017-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb.

"Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: "Şimal-şərq”, "Şimal-qərb”, "Cənub-şərq”, "Cənub-qərb”, "Dəmirov”, "Dardərə”.  Bunlardan "Şimal-şərq" yatağı Sovet dövründə tam istismar edilib. "Şimal-qərb" və "Cənub-şərq"  yataqları isə qismən istismar edilsə də, ilkin mərhələdə açıq üsulla yenidən işlənməyə yararlıdır. "Cənub-qərb", "Dəmirov" və "Dardərə" yataqları isə ehtiyat kateqoriyasına aid perspektiv yataqlar hesab olunur.

Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol