• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il 242,9 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib - Vüsal Qasımlı

Ötən il 242,9 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib - Vüsal Qasımlı
31.01.2024 12:24
2023-cü ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiyasının "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 242,9 milyon dollar dəyərində qeyri-neft ixracı həyata keçirilib.  Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı Direktoru Vüsal qasımlı deyib.

"Bu Azərbaycanın qeyri-neft ixracının ümumilikdə 7-8%ni təşkil edir. İxracı həyata keçirilmiş əsas məhsullar qiymətli metallar, qənnadı, süd məhsulları, polad boru və pambıq mahlıcı olub. İxrac 5 ölkəyə - İsveçrə, Rusiya, Gürcüstan, Türkiyə, İtaliyaya edilib", - 2023-cü ilin yekunlarına dair keçirilmiş mətbuat konfransında jurnalistlərə açıqlamasında qeyd edib.

O bildirib ki, mərkəzdə ötən ildən monitorinq və institu formalaşıb və bu proses elektronlaşdırılıb.

"2023-cü ildən monitorinq və qiymətləndirmə prosesində süni intellektin imkanlarından da istifadə edilməyə başlanıb. Artıq monitorinq portalları üzrə informasiyanın daha asan əldə nəticə əldə olunub",- direktor vurğulayıb.

Qasımlı qeyd edib ki, 2023-cü ildə ilk dəfə İİTKM-də Qiymət İzləmə Tətbiqinin (QİT) hazırlanmasına başlanıb.

"Bununla biz qiymətlərin dəyişməsini izləyə bilirik. Bu çərçivədə Nazirlər Kabineti tərəfindən 6 işçi qrup yaradılıb. QİT-in metodologiya və texniki şərti hazırlanıb, aidiyyatı dövlət qurumlarının müvafiq məlumatlarının inteqrasiyası istiqamətində işlərə başlanılıb. QİT sayəsində ölkədə idxak-topdansatış-pərakəndə satış zənciri boyunca məhsulların qiymətindəki dəyişikliklərə elektron nəzarəti həyata keçiriləcək", - o söyləyib.
 
Onun sözlərinə görə, gömrükdə 2017-2023-cü illərdə ümumilikdə 82 monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb.
 
Qasımlı 2023-cü ildə gömrükdə 6 monitorinq və qiymətləndirmə hesabatının hazırlandığını vurğulayıb. 

Aygün 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol