Azərbaycanın strateji valyuta ehtiyatları $68,5 milyard olub
Azərbaycanın strateji valyuta ehtiyatları 2023-cü ilin sonunda 68,5 milyard dollar həcmində qiymətləndirilir, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
"2023-cü ildə Azərbaycanın strateji valyuta ehtiyatları 17% artaraq 68,5 milyard dollara çatıb", - Kazımov çərşənbə günü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% və ya 2,6 milyard dollar artaraq 11,6 milyard dollar təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın valyuta ehtiyatları, Dövlət Neft Fondunun vəsaitləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitləri hesabına formalaşır.
N.Təbrizli
www.anews.az