• $
  • £

Sosial Tədqiqatlar Mərkəzinin yaranmasından 5 il keçir

Sosial Tədqiqatlar Mərkəzinin yaranmasından 5 il keçir
08.02.2024 10:39
Sosial Tətqiqatlar Mərkəzinin(STM) yaranmasından 5 il keçir. 
 
Mərkəz 2019-cü il ölkə prezidentinin fərmanı ilə yaradılıb və ilkin nizamnamə fondu 100.000 (bir yüz min) manat olub. Mərkəzin rəhbəri Milli Məclisin deputatı Zahid Orucdur. 
 
Hazırda prezident seçkiləri ilə əlaqədar qurumun rəhbəri fəaliyyətini müvəqqəti olaraq dayandırıb. 
 
STM-dən verilən məlumata görə,  beş il ərzində 98 analitik hesabat, 648  arayış, tədqiqat, təhlil və təklif sənədi hazırlanıb. 

5 il ərzində ümumilikdə 100565 respondentin iştirakı ilə 118 rəy sorğusu keçirilib, 10 kitab layihəsi icra edilib. 72 tədbir, görüş və təqdimatlar keçirilib. Mərkəz əməkdaşları ekspert kimi mediada 9 mindən çox çıxış  edib və müsahibə veriblər. Elmi məqalə sayı 173, analitik və digər məzmunlu yazıların sayı 700 -ə bərabərdir. Əməkdaşların elmi konfrans, vebinar, seminar və təlimlərdə iştirak sayı 160-dan çoxdur.

 
STM ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran: ABŞ ilə danışıqlarda bəzi məsələlər üzrə ortaq nəticəyə gəlinib
Siyasət 13:56
İran: ABŞ ilə danışıqlarda bəzi məsələlər üzrə ortaq nəticəyə gəlinib
Ərdoğan Əliyevi təbrik edib
Siyasət 13:35
Ərdoğan Əliyevi təbrik edib
Prezident müşavirə keçirib
Siyasət 12:22
Prezident müşavirə keçirib
Nazir ABŞ-a rəsmi səfərə gedib
Siyasət 12:17
Nazir ABŞ-a rəsmi səfərə gedib
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 13:48
Azərbaycan XİN Pakistana başsağlığı verib
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım
Siyasət 12:11
İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım
Azərbaycan Çinə başsağlığı verib
Siyasət 10:49
Azərbaycan Çinə başsağlığı verib
Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 19:42
Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Niderland Kralı İlham Əliyevi təbrik edib
Siyasət 18:07
Niderland Kralı İlham Əliyevi təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol