• $
  • €
  • ₽
  • ₺
  • £

ASCO 50 milyon dollarlıq istiqraz yerləşdirməyi planlaşdırır

ASCO 50 milyon dollarlıq istiqraz yerləşdirməyi planlaşdırır
20.02.2024 18:56
"Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) fevralın 23-də abunə yolu ilə 50 milyon ABŞ dolları dəyərində beşillik istiqrazlar yerləşdirməyi planlaşdırır. Bu barədə Bakı Fond Birjası (BFB) məlumat verib.  

Məlumata görə, emissiya hər qiymətli kağızın nominal dəyəri 1 min dollar olan 50 min istiqraza bölünüb.

İstiqrazlar üzrə gəlirlilik illik 6%, kupon ödənişi - altı ayda bir dəfə olacaq.

İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsait beynəlxalq sularda istifadə üçün iri tankerlərin alınmasına yönəldiləcək.

ASCO istiqrazlarının anderrayter qismində "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olmaqla BFB-də yerləşdirilməsi planlaşdırılır.

ASCO 2023-cü ilin marında Azərbaycanın daxili bazarında 100 milyon ABŞ dolları dəyərində beşillik istiqrazların debüt yerləşdirməsini həyata keçirib. Abunə zamanı 125 investor tərəfindən ümumi məbləği 113 milyon 997 min ABŞ dolları olan 126 ərizə təqdim edilib.
 
N.Təbrizli
​

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol