"Azeri Light"ın neftinin qiyməti artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,69 ABŞ dolları, yaxud 0,8 % artaraq 87,62 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 83,13 ABŞ dolları təşkil edib.
www.anews.az