• $
  • €
  • ₽
  • ₺
  • £

Qırmızı Ürəklər Fondunun dəstəyi ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi uğurla icra edilir

Qırmızı Ürəklər Fondunun dəstəyi ilə “Bütün Vücudlar Danışır” sosial layihəsi uğurla icra edilir
11.03.2024 16:47
Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın dəstəyi, "Dance Ability Azərbaycan” İnklüziv Rəqs Şirkətinin təşkilatçılığı ilə "Bütün Vücudlar Danışır” sosial layihəsi üzrə növbəti təlim keçirilib.

Su İdman Sarayında baş tutan təlimdə əlilliyi olan şəxslərə "DanceAbility” metodu ilə yeni bacarıqlar öyrədilib. "DanceAbility” metodu təhlükəsiz və qərəzsiz mühit yaradaraq insanlara rəqs vasitəsilə öz emosiyalarını ifadə etmək bacarığı qazandırır. Həmçinin təlim əlilliyi olan və olmayan şəxslər arasında  empatiya əsaslı ünsiyyət yaradır. 8 aydır davam edən layihədən ümumilikdə 500-ə yaxın şəxs iştirak edib.

Kapital Bank-ın da Korporativ Sosial Məsuliyyət layihəri çərçivəsində dəstək olduğu layihənin məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inklüzivlik, bərabərlik və müyəssərlik meyarlarının artırılmasıdır. Layihə sağlamlıq imkanları məhdud olan uşaqları, qaziləri və ahıl şəxsləri əhatə edir.  

"Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin  həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol