• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin baş sponsorluğu ilə “İlin İş Adamı” seçilib

ABB-nin baş sponsorluğu ilə “İlin İş Adamı” seçilib
14.03.2024 19:11
Azərbaycanda artıq beş ildir keçirilən "EY İlin İş Adamı” müsabiqəsi başa çatıb. Martın 13-də Fairmont otelində təşkil edilmiş təntənəli mərasimdə qalib elan edilib. Müsabiqənin əsas qalibi "Baku Holiday Travel” şirkətinin rəhbəri Ramil Rzayev olub. 

O, Azərbaycanı "Dünya Üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. Qalib biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələri və tanınmış şirkət rəhbərlərindən ibarət müstəqil münsiflər heyəti tərəfindən 20 iştirakçı arasından seçilib.

Bundan başqa, Umut Agro şirkətinin rəhbəri Fərid Əkbərzadə "Təsərrüfatın inkişafı”, "Balkhoorma” şirkətinin rəhbəri Tariyel Mirzəyev "Regional inkişaf”, Alpha-Omega şirkətinin rəhbəri İnarə Mirzəzadə "Sahibkar qadın”, Push-30 şirkətinin rəhbəri Adil Qasımov "İnnovasiya”, Sustainera Solutions şirkətinin rəhbəri İlkin Hacıyev "Dayanıqlı inkişaf”, BAFT & Partners şirkətinin rəhbəri Vüsal Həsənov "Ətraf mühit həlləri”, VITAM şirkətinin rəhbəri Tehran Əliyev "Azərbaycan və hüdudlarından kənarda” nominasiyası üzrə qalib olub. 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov müsabiqənin qala gecəsindəki çıxışında ABB-nin ardıcıl olaraq beşinci ildir ki, bu müsabiqəyə dəstək verdiyini diqqətə çatdırıb: "EY İlin İş Adamı” müsabiqəsi bizim üçün məxsusidir. Çünki bu müsabiqə sahibkarlarımızı dəstəkləyir. Yeni dəyərlər yaradan iş adamlarımızı cəmiyyətə tanıdır. Onları yeni nailiyyətlərə ruhlandırır. Sahibkarların inkişafı, yeni təcrübələri bizi də öz xidmətlərimizi daim yeniləməyə sövq edir. Çalışırıq ki, özümüzü davamlı şəkildə müasirləşdirək, iş adamlarımızın ehtiyaclarına uyğun həllər yaradaq. Qürur duyuruq ki, indiyə qədər hər zaman sahibkarların yanında olmuşuq və bundan sonra da iş adamlarımızın yanında olacağıq”. 

EY şirkəti tərəfindən təsis edilmiş "EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda 60-dan çox ölkədə təşkil olunur və dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. "EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir. ABB ilə yanaşı, bp şirkəti və "Veysəloğlu” Şirkətlər Qrupu da müsabiqəyə sponsorluq dəstəyi göstərir. Proqramın partnyorları sırasında Ekvita konsaltinq şirkəti, Azpromo (Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi) da var.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
İqtisadiyyat 12:21
Prezident qanunları niyə parlamentə geri qaytarıb?
Цена азербайджанской нефти снизилась до 118,22 доллара
İqtisadiyyat 12:17
Цена азербайджанской нефти снизилась до 118,22 доллара


Azərbaycan nefti 118 dollara ticarət olunur
İqtisadiyyat 10:19
Azərbaycan nefti 118 dollara ticarət olunur
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
İqtisadiyyat 12:41
Azərbaycanın qeyri-neft ixracı 8 ayda 17,6% artıb
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir
İqtisadiyyat 11:07
Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:46
"Brent" neft bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
İqtisadiyyat 18:06
Azərbaycan və AIIB "yaşıl enerji"nin təşviqinə dəstəyi müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol