Tahir Mirkişili Ermənistanın spikerinə cavab verib
Brüsseldə Avronest Parlament Assambleyasının (PA) 11-ci sessiyası davam edir.
"Qafqazinfo” xəbər verir ki, martın 20-də Avronest PA-nın plenar iclasında çıxış edən Ermənistan Parlamentinin sədri Alen Simonyan Azərbaycanı Qarabağda guya etnik təmizləmə aparmaqda, erməni irsini dağıtmaqda ittiham edərək "Dağlıq Qarabağ” ifadəsini işlədib.
Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Ermənistan parlamenti spikerinin bu qərəzli çıxışını çox təəssüflə izlədiyini bildirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri hazırki sülh danışıqları atmosferində nə deputata, nə də spikerə yaraşan bu çıxışın neqativ təsirini qeyd edərək, hər kəsin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməli olduğunu vurğulayıb.
Tahir Mirkişili bildirib ki, Azərbaycanda "Dağlıq Qarabağ” adında region yox, Qarabağ İqtisadi Regionu mövcuddur və Azərbaycan heç vaxt və heç bir halda etnik təmizləmə aparmayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
21:59
Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub
Siyasət
18:10
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək