• $
  • £

Azərbaycanda neft hasilatı 5,2% azalıb

Azərbaycanda neft hasilatı 5,2% azalıb
08.04.2024 10:15
2024-cü ilin yanvar-martnda Azərbaycan neft hasilatını bir il əvvəlki 7,7 milyon tondan 7,3 milyon tona qədər azaldıb. Bu barədə bazar ertəsi Azərbaycanın energetika naziri Pərviz Şahbazov X sosial şəbəkəsində bildirib.
     
O, həmçinin qeyd edib ki, bu ilin birinci rübündə neft ixracı 6,4 milyon tondan 6 milyon tona kimi düşüb.
     
Azərbaycan 2024-cü ilin birinci rübündə qaz ixracını əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5 milyard kubmetrdən 6,4 milyard kubmetrə qədər azaldıb.
     
Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana 0,9 milyard kubmetr, Avropaya 3,2 milyard kubmetr ixrac edilib.
     
O cümlədən, TANAP kəməri ilə Türkiyəyə qaz ixracı 1,3 milyard kubmetr təşkil edib.
     
2024-cü ilin birinci rübündə Azərbaycanda qaz hasilatı 12,2 milyard kubmetrdən 12,6 milyard kubmetrə kimi artıb.
     
Nazir həmçinin bildirib ki, 2024-cü ilin yanvar-mart aylarında qaz hasilatı ötən ilin yanvar-mart aylarındaki 12,2 milyard kubmetrdən 12,6 milyard kubmetrə yüksəlib.
     
Böyük Britaniyanın BP şirkətinin operatorluqk etdiyi şirkətlər konsorsiumu tərəfindən istismar edilən  Azəri-Çıraq-Günəşli yataqlarından hasilat  Azərbaycanın neft hasilatının 70%-ni təşkil edir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol