• $
  • £

Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə müzakirə edəcək

Paşinyan Rusiya bazasının çıxarılması məsələsini Putinlə müzakirə edəcək
22.04.2024 15:44
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan 102-ci hərbi bazanın Ermənistandan çıxarılması məsələsini şəxsi görüşləri zamanı müzakirə edə biləcəklər. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Gümrüdə yerləşən baza ilə bağlı sualı cavablandıran Peskov deyib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal yoxdur.

"Amma bununla bağlı heç bir siqnal olmayıb” –  Peskov bildirib.
 
 
Ermənistanda 102-ci Rusiya hərbi bazası 1995-ci ildə Rusiya ilə imzalanan dövlətlərarası müqavilə əsasında yerləşdirilib.  Şəxsi heyət MDB-nin birgə hava hücumundan müdafiə sistemi çərçivəsində döyüş növbətçiliyi aparır. . Qarnizonlar Gümrü və İrəvanda yerləşir.
 
2010-cu ildə Moskva və İrəvan bazanın yerləşdirilməsi ilə bağlı razılaşmanı 2044-cü ilə qədər uzadıblar.

Azərbaycanın Dağlıq Qarabağda hərbi əməliyyatının başlamasından və tanınmamış dövlətin dövlət qurumlarının ləğvi haqqında fərmanın imzalanmasından sonra Paşinyan deyib ki, Rusiya sülhməramlıları rəsmi Bakının hərbi Bakının hərəkətlərini müharibə başlamamış  dayandıra bilərdilər.
 
"Əgər sülhməramlılar atəşkəs haqqında razılığa gələ bildilərsə, niyə hücumdan əvvəl Dağlıq Qarabağa hücum olmayacağı ilə bağlı razılığa gələ bilmədilər?” - Paşinyan deyib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vuçiç: Avropa böyük müharibənin astanasındadır
Dünya 23:51
Vuçiç: Avropa böyük müharibənin astanasındadır
Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
Dünya 22:52
Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
Dünya 20:26
İsrail İranın nüvə silahına sahib olmasına imkan verməyəcək - Netanyahu
Suriya və Rusiya hərbi bazalarla bağlı memorandum imzaladı
Dünya 19:00
Suriya və Rusiya hərbi bazalarla bağlı memorandum imzaladı
Günəş tutulması baş verəcək
Dünya 17:42
Günəş tutulması baş verəcək
Xamenei ilə Pezeşkian hərbi məsələləri müzakirə ediblər
Dünya 15:26
Xamenei ilə Pezeşkian hərbi məsələləri müzakirə ediblər
Husilər Yəmənin Qırmızı dəniz sahilindəki limanına hücum ediblər
Dünya 14:56
Husilər Yəmənin Qırmızı dəniz sahilindəki limanına hücum ediblər
Əraqçi: ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq
Dünya 13:34
Əraqçi: ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq
Xərçəng bədəninə yayılır - Oğlu danışıb
Dünya 12:20
Xərçəng bədəninə yayılır - Oğlu danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol