• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir

Paytaxt məktəblərində operativ monitorinqlər keçirilir
14.05.2024 18:13
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

Seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə monitorinqlərin təşkil olunmasının əsas məqsədi tədrisin və kadrlarla işin təşkili vəziyyətinə nəzarətin artırılması, tədris-pedaqoji sənədlərin mövcud təlimata uyğunluğunun yoxlanılması, maddi-texniki baza və infrastrukturdan istifadə, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması, dövlət elektron məlumat sistemlərinin idarəedilməsinin yoxlanılması, səmərəli tədris mühitinin formalaşdırılmasına dəstək verilməsindən ibarətdir.

Monitorinqlər zamanı, həmçinin sənədlərlə işin təşkili, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması, dərnək məşğələləri və dərsdənkənar məşğələlərin tədrisi məsələləri ilə bağlı müşahidələr aparılır. 

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün Elm və Təhsil Nazirliyinin əmri ilə müvafiq komissiya yaradılıb.
Monitorinqlərin yekununda təhsil müəssisələrinin rəhbərlərinə səmərəli tədris mühitinin təmin olunması üçün müvafiq təklif və tövsiyələr verilir.
 
Tədris ilinin sonuna qədər davam etməsi nəzərdə tutulan operativ monitorinqlərin nəticələrinə uyğun olaraq nöqsanlar aşkar olunan ümumi təhsil müəssisələrinin rəhbərləri barədə müvafiq intizam tənbeh tədbirləri görülür. BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə paytaxtdakı 198 və 306 nömrəli tam orta məktəblərdə mayın 14-də keçirilmiş monitorinq prosesinin gedişatını izləyib.

Monitorinqlərin məktəbəqədər təhsil müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Cəmiyyət 18:03
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Cəmiyyət 15:13
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 13:13
Sabahın hava proqnozu açıqlanıb
Yol polisi sürücüləri yağışlı və dumanlı hava şəraitində ehtiyatlı olmağa çağırıb
Cəmiyyət 11:55
Yol polisi sürücüləri yağışlı və dumanlı hava şəraitində ehtiyatlı olmağa çağırıb
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Cəmiyyət 11:40
Bəzi ərazilərdə güclü leysan olub, şimşək çaxıb
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Cəmiyyət 10:31
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Masazırda 4 avtomobil yanıb
Cəmiyyət 09:13
Masazırda 4 avtomobil yanıb
AZAL Rusiya hava məkanındakı məhdudiyyətlərə görə 4 aviareysi ləğv edib
Cəmiyyət 20:00
AZAL Rusiya hava məkanındakı məhdudiyyətlərə görə 4 aviareysi ləğv edib
Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
Cəmiyyət 19:02
Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol