Salyanda minik avtomobili yük qatarı ilə toqquşub
Salyan-Salmanlı dəmir yolu sahəsində “Mercedes” markalı minik avtomobili hərəkətdə olan yük qatarı ilə toqquşub, lokomotivə zərər dəyib.Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında avtomobil sürücüsünün dəmiryol keçidi qaydalarını pozması nəticəsində baş verib. Maşinist təcili tormozlama aparsa da, məsafənin az olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb.
ADY sürücüləri dəmiryol keçidlərində diqqətli olmağa, qatarın olmadığına əmin olduqdan sonra hərəkəti davam etdirməyə və yol nişanlarının tələblərinə əməl etməyə çağırıb.
Son xəbərlər
Daha çox