• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

"CityNet" GameSummit festivalının əsas tərəfdaşıdır

31.05.2024 18:23
Ölkənin qabaqcıl internet provayderi "CityNet” Azərbaycanda böyük oyun festivalı olan "GameSummit”in əsas tərəfdaşıdır.

1 – 2 iyun tarixlərində "Baku Crystal Hall”da keçiriləcək "GameSummit Summer 2024” festivalında hər yaş qrupundan olan qonaqların VR və interaktiv zonalarda əylənmək, eyni zamanda qabaqcıl süni intellektə malik əsl robotla söhbət etmək imkanı və müxtəlif hədiyyələr qazanmaq şansı olacaq.

Artıq 3-cü dəfədir Azərbaycanda təşkil olunan bu festivalın əsas tərəfdaşı "CityNet” iştirakçıları "Gələcəyin şəhəri” mövzulu xüsusi stenddə qarşılayacaq. "CityNet” City-də qonaqları beynəlxalq virtual yarışlar, dəyərli hədiyyələr və əyləncə dolu eksklüziv oyun arenası gözləyir. Bundan başqa, "CityNet” şəhərciyində ilk dəfə olaraq həmyerlilərimizin hazırladığı Azərbaycanın birinci kiberidman oyunu təqdim olunacaq. "CityNet” iştirakçılara bu oyunu hamıdan əvvəl test etmək imkanı yaradır.

"CityNet” ölkədə rəqəmsal inkişafı və innovasiyaları təşviq edən layihə və təşəbbüsləri daima dəstəkləyir. "CityNet” bundan öncə keçirilən "GameSummit” festivallarında da əsas tərəfdaş kimi çıxış edib.

"CityNet” yüksək sürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV (120 HD kanal olmaqla, 240-dan çox TV kanal) xidmətləri təqdim edən və daim inkişaf edən internet provayderidir. Qoşulma və ya ətraflı məlumat üçün www.citynet.az saytına keçid edə və ya *1177 ilə əlaqə saxlaya bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:14
Külək güclənəcək - XƏBƏRDARLIQ
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Cəmiyyət 18:07
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Sabahdan rayonlara leysan yağacaq
Cəmiyyət 16:35
Sabahdan rayonlara leysan yağacaq
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
60% müəllim imtahandan kəsilib - RƏSMİ
Cəmiyyət 15:06
60% müəllim imtahandan kəsilib - RƏSMİ
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Cəmiyyət 14:48
“Sputnik Azərbaycan” ofisində keçirilən əməliyyat zamanı 7 nəfər saxlanılıb, 2 nəfər həbs edilib – mənbə
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Cəmiyyət 12:57
Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol