• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədindəki ərazini tərk edib

Rusiya sərhədçiləri  Ermənistanın Azərbaycanla sərhədindəki ərazini tərk edib
05.06.2024 15:21
Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədindəki Nerkin Hand ərazisini tərk edib.

Bu barədə Syünik qubernatoru Robert Qukasyan jurnalistlərə qeyd edib.
 
"44 günlük müharibədən sonra harada yerləşdirildilər, oradan da getdilər, Nerkin Handı da tərk etdilər, indi orada rus sərhədçiləri yoxdur”, - o deyib.

Qukasyan qeyd edib ki, "Syunikdə Rusiya sərhədçilərinin geri çəkilməsindən başqa heç nə baş vermir”.

2024-cü ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya FTX-nin Sərhəd Xidmətinin nümayəndələrinin Azərbaycanla sərhəddəki Nerkin Hand qəsəbəsi ərazisində qalmaq mandatı olmadığını deyib.

"Rusiya sərhədçilərinin iştirakı ilə bağlı heç bir mandat və ya razılaşma yoxdur. Bu o deməkdir ki, Rusiya sərhədçiləri orada təhlükəsizliklə bağlı heç bir funksiyanı yerinə yetirə bilməzlər, güman edilir ki, bundan müəyyən nəticələr çıxarılmalıdır”, - Paşinyan bildirib.

Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilən razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər.

Aygün

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 22:30
Sabah bu ərazilərdə işıq olmayacaq
Biləsuvarda 17 yaşlı qızın meyiti tapılıb
Cəmiyyət 21:01
Biləsuvarda 17 yaşlı qızın meyiti tapılıb
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Cəmiyyət 20:50
"Regional Su Meliorasiya"ya yeni icraçı direktor təyin olunub
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Cəmiyyət 20:25
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 19:40
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 18:29
Bu ərazilərdə qaz olmayacaq

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib
Cəmiyyət 17:48
553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Cəmiyyət 17:21
Bu yol təmirə bağlanır - Sürücülərin nəzərinə!
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - sərəncam
Cəmiyyət 17:16
Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol