• $
  • £

Bəzi rayonlarda leysan yağış yağıb - Faktiki hava - Yenilənib

Bəzi rayonlarda leysan yağış yağıb - Faktiki hava - Yenilənib
08.06.2024 17:35
İyunun 8-i saat 17:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

İyunun 8-i saat 17:00-a olan məlumata əsasən Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Qrız, Şahdağda duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 32, Aran rayonlarında 34, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub.
 
 11:00
 
İyunun 8-i saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazda yağıntılar leysan xarakterli intensiv olub.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada 85 mm, Qaxda 65 mm, Şəkidə 33 mm, Balakəndə 21 mm, Gədəbəydə 12 mm, Tərtərdə 9 mm, Şahdağ, İsmayıllı, Qəbələ, Oğuz, Daşkəsən, Quba, Qusar, Qrız, Şamaxı, Xınalıq, Xaltan, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Kürdəmir, Goranboy, Naftalanda 4 mm-dək olub.
 
İyunun 7-si saat 19:55 radələrində Zaqatala rayonu Kəbalaba kəndinə diametri 8 mm, Zaqatala rayonuna saat 20:20 radələrində 13 mm, Zaqatala rayonu Axaxdərə kəndinə isə 30 mm olan dolu düşüb.
 
Şimal-şərq küləyi arabir Zaqatalada 23-28 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib.
 
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 36, Aran rayonlarında 39 dərəcəyədək, dağlıq rayonlarda 22-27 dərəcə isti olub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 34 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 22:19
Gəncədə 34 yaşlı kişinin meyiti tapılıb
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
Cəmiyyət 21:51
AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
Cəmiyyət 21:25
Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub
ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib
Cəmiyyət 21:10
ADY yay mövsümündə regionlara əlavə qatar reysləri təyin edib
Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb
Cəmiyyət 20:29
Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb
Ağdamda avtomobil çaya aşıb
Cəmiyyət 20:21
Ağdamda avtomobil çaya aşıb
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - Video
Cəmiyyət 19:30
Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim keçirilib - Video
Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 18:34
Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA
Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib
Cəmiyyət 18:16
Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol