• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" qlobal sammiti fəaliyyətə başlayıb

Bakıda
18.06.2024 09:32
Bakıda COP29-dan qabaq hər il keçirilən "Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işinə başlayıb.

"Report” xəbər verir ki, sammitin məqsədi səhiyyə sahəsində nailiyyətləri, iqlim dəyişikliyi kontekstində dünyada ən həssas icmalara diqqət yetirməklə onu qorumaq və genişləndirməyə dəstək olmaqdır.
Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanacaq.

"Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq Abu Dabidəki sammitdə elan edilmişdi. Bu il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar, çağırışları müzakirə etmək üçün bir araya gələcək.

Tədbirin açılışında COP29-un müəyyən edilmiş prezidenti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29-un baş danışıqçısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Qebreyesus tədbirin açılışında videomüraciətlə çıxış edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sumqayıtda su kəməri partlayıb, evləri su basıb - Video
Cəmiyyət 23:25
Sumqayıtda su kəməri partlayıb, evləri su basıb - Video
Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - yenilənib
Cəmiyyət 21:27
Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - yenilənib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Cəmiyyət 17:17
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Cəmiyyət 16:10
Ağcabədidə “Niva” mikroavtobusla toqquşub, xəsarət alanlar var
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 15:45
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Sumqayıtda beş avtomobil toqquşub
Cəmiyyət 15:30
Sumqayıtda beş avtomobil toqquşub
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 14:15
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Cəmiyyət 11:29
Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol