• $
  • £

SOCAR Pakistandan zəmanət tələb edir

SOCAR Pakistandan zəmanət tələb edir
08.07.2024 17:35
Azərbaycanın dövlət neft şirkəti (SOCAR) Pakistan hökumətindən ölkəyə yatırılan investisiyalarla bağlı qanunvericilik təminatı tələb ediи.

İngilis dilli "Business Recorder” nəşrinin dərc etdiyi neft sənayesi üzrə məlumatlı mənbələrin məlumatına görə, bir neçə gün əvvəl Pakistanın planlaşdırma, inkişaf və xüsusi layihələr naziri Ahsan İqbalın sədrliyi ilə keçirilən iclasda SOCAR-ın tələbi müzakirə olunub.

Azərbaycan prezidenti İlham Əliyevin bu həftə İslamabada səfəri zamanı SOCAR-dan Pakistana milyardlarla dollar investisiya yatırılacağı barədə müzakirələrin aparılacağı  gözlənilir.

Baş nazir Şahbaz Şərif İqbala 2 dollarlıq investisiya portfelinin rəsmi formalaşdırılması məqsədilə ticarət, sənaye, informasiya texnologiyaları, təhsil, milli ərzaq təhlükəsizliyi, İnvestisiya Şurası (BOI) və digər nazirliklər də daxil olmaqla, müvafiq idarələrlə məsləhətçi görüşlər keçirməyi tapşırıb. Azərbaycana təqdimat üçün 3 mlrd.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "SOCAR Petroleum” artıq maye qazın Pakistana satışına dair müqavilə bağlayıb və bu müqavilə üzrə öhdəliklərini yerinə yetirir.

Şahbaz Şərif Azərbaycana təqdim etmək üçün investisiya portfelinin formalaşdırılması ilə bağlı göstəriş verib.

Pakistan nəşri yazır ki, bu dəfə şirkətdən yeraltı qaz anbarlarının yaradılmasına, mayeləşdirilmiş qaz infrastrukturunun tikintisinə, yüngül neft məhsullarının nəqli üçün boru kəmərinin çəkilməsinə, birgə müəssisənin yaradılmasına və dənizdə/quruda kəşfiyyat bloklarının işlənməsi.

Bununla belə, Pakistan hökuməti üzvlərinin iştirakı ilə keçirilən görüşdə bildirilib ki, SOCAR qanunvericilik zəmanəti olmadan sərmayə qoymağa o qədər də maraq göstərmir. Bununla bağlı Ədliyyə Nazirliyinə Azərbaycan Dövlət Neft Şirkəti üçün zəruri qanunvericilik təminatının hazırlanması məsələsinə baxılması tapşırılıb.

İclasda o da vurğulanıb ki, Pakistan şirkətləri Pakistan düyüünün idxalına görə Azərbaycanın gömrük rüsumlarını ləğv etməsindən yararlanmayıb. Pakistan biznesinin Azərbaycan bazarında mövqelərinin möhkəmləndirilməsi üçün lazımi tədbirlərin görülməsi tapşırılıb.
 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol