• $
  • £

ABB daha bir maraqlı hesabat yaydı

ABB daha bir maraqlı hesabat yaydı
09.07.2024 11:27
ABB daha bir faydalı araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Araşdırma ölkəmizin turizm sektoru ilə bağlıdır. "Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabat 2022-2023-cü illərə aid məlumatları əhatə edir. 

Burada xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının, eləcə də ölkəmizə səfər edən əcnəbi turistlərin müxtəlif kateqoriyalar üzrə bölgüsü, əsas xərclərinin təhlili aparılıb. Vətəndaşlarımızın ən çox səfər etdikləri ölkələr, həmçinin Azərbaycana ən çox səfər edən ölkələrin vətəndaşları ilə bağlı əsas tendensiyalar izlənib. 

Hesabatda daxili turizm, Azərbaycana səfər edən xarici turistlərin ən çox getdikləri regionlarımız, ölkəmizdəki otel və bu tipli obyektlərin fəaliyyəti haqqında da maraqlı məlumatlar təqdim olunur. Araşdırma turizm sektorunda baş verən əsas dəyişikliklərin, onların səbəblərinin izlənməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına kömək göstərir. Araşdırma-hesabatı ABB-nin Risk ofisi hazırlayıb. 

Maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu ilin aprelində "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, həmçinin "Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr” adlı iki hesabatını bölüşüb. ABB belə araşdırmaları davam etdirəcək. Hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol