• $
  • £

Moody's ABB-nin reytinqlərini yüksəltdi!

Moody's ABB-nin reytinqlərini yüksəltdi!
09.07.2024 17:35
Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxıb. Agentlik Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsindən Ba2 səviyyəsinə qədər artırıb. Eyni zamanda, Bankın Kredit ödəmə (BCA) və Tənzimlənmiş kredit ödəmə (Adjusted BCA) qabiliyyəti reytinqlərini 1 pillə artıraraq b1 səviyyəsindən ba3 səviyyəsinə yüksəldib. ABB-nin reytinq proqnozu "Pozitiv” səviyyədə təsdiqlənib.
 
Reytinqlərinin yüksəlişi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital mövqeyi, həmçinin aktivlərinin yüksək likvidliyi, məhdud risklərə malik olması, problemli kreditlərinin azalması ilə əsaslandırılır. ABB-nin dövlət bankı olması da Agentlik ekspertlərinin Bankın gələcəyi barədə pozitiv rəyində mühüm rol oynayır.

Moody’s-in mövqeyinə görə, ABB ölkədə yaranan yeni iqtisadi imkanlardan, biznes üçün əlverişli şəraitdən, mövcud fürsətlərdən faydalanmaqda davam edəcək. Bu da Bankın güclü gəlirlilik mövqeyinə, aktivlərinin keyfiyyətinə müsbət təsir göstərəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
İqtisadiyyat 11:18
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
İqtisadiyyat 16:10
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol