• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “Markswebb”in Azərbaycanın 2024-cü il üzrə mobil bankçılıq sıralamasında 1-ci yerdədir

Kapital Bank “Markswebb”in Azərbaycanın 2024-cü il üzrə mobil bankçılıq sıralamasında 1-ci yerdədir
09.07.2024 18:36
Ölkənin birinci bankı Kapital Bank-ın Birbank mobil tətbiqi "Markswebb" konsaltinq və araşdırma şirkətinin "2024-cü il üzrə Azərbaycanın mobil bankçılıq sıralaması" siyahısında 1-ci yerə layiq görülüb. 

Araşdırmanın nəticələrinə görə, Birbank mobil tətbiqi geniş funksionallıq, ödəniş xidmətləri və innovativ yanaşmalar kimi müxtəlif kateqoriyalarda ölkə üzrə ilk  sırada qərarlaşıb. Xüsusilə Kapital Bank-ın son iki ildə əhəmiyyətli dərəcədə inkişaf etdiyi və yalnız Azərbaycanın bank sektorunda deyil, həm də Özbəkistan və Qazaxıstandakı banklarla rəqabətdə öndə olduğu da araşdırmada öz əksini tapıb. 

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov sosial media hesablarında mövzuya münasibətini bildirib: "Böyük qürur hissi ilə bu xəbəri sizinlə bölüşürəm. Bankımız "Markswebb” konsaltinq və araşdırma şirkətinin "Mobile Banking Rank Азербайджан 2024” siyahısında 1-ci yerə layiq görüldü. Bu nailiyyət bankımızın müasir rəqəmsal xidmətlərdə lider mövqeyini bir daha təsdiqləyir və müştərilərimizə ən yüksək, keyfiyyətli mobil bankçılıq təcrübəsini təqdim etdiyimizi göstərir”. 

Xatırladaq ki, Rusiya və MDB ölkələrində fəaliyyət göstərən "Markswebb” konsaltinq və araşdırma şirkəti maliyyə və bank sektorlarında məhsulların, eləcə də xidmətlərin istifadəçi təcrübəsini və effektivliyini analiz edir. Şirkət, maliyyə sektorunda, xüsusilə bankçılıq sahəsində rəqəmsal xidmətlərin inkişafını və optimallaşdırılmasını təmin etmək üçün dərin araşdırmalar aparır, qiymətləndirmələr həyata keçirir və strateji təkliflər verir.
Ətraflı məlumat üçün: https://kbl.az/mrkswb

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
İqtisadiyyat 10:51
İlk kredit müraciətinə 1% endirim və 0% komissiya!
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
İqtisadiyyat 09:53
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:08
Avro və rubl bahalaşıb - məzənnə
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol